Haqqımızda

Azərsüd məhsullarını istehsal edən "Kürdəmir Süd Emalı Zavodu" müasir tipli süd sterilizator və pasterizatorları, İsveç texnologiyası olan tetrapak istehsal sistemi, steril vakkum paketləmə cihazları ilə təchiz olunmuşdur. Kürdəmirdə fəaliyyət göstərən süd kompleksi gündə 120 ton süd emal gücünə malik GEA və UHT texnologiyaları ilə təchiz olunmuşdur. Süd kompleksi Almaniya və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qara bəslənilən heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə 1300 ha) əkin arazilərindən ibarətdir. Zavodda pasterizə olunmuş günlük süd, UHT-tetrapak süd, ayran, kəsmik, qatiq, meyvəli yoqurt, qatilaşdırılmış süd, pendir çeşidləri istehsal olunur. Zavodun xammal tələbatı, eyni zamanda əhalidən toplanan süd hesabına qarşılanır. Əkin ərazilərində ekoloji təmiz qaydalarla organik yonca və digər yem bitkiləri becərilir.

"Worldfest Silver Remi" mükafatı

Balacaların sevimli markası Super Milky keyfiyyətli məhsulları kimi keyfiyyətli reklam işləri ilə də gündəmdədir. Belə ki, Super Milky üçün hazırlanan reklam filmi Amerikanın Texas ştatının Houston şəhərində keçirilən 48-ci Qida Məhsulları film festivalında iştirak etmişdir. Bu kateqoriyada Super Milky animasiya reklam filmi Worldfest Silver Remi mükafatına layiq görülmüşdür.

“Mükəmməl Dad” mükafatı

Dünyanın dad və keyfiyyət analizi üzrə öndə gedən təşkilatlarından biri olan “Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu” (İnternational Taste & Quality Institute) 2016-cı ildə Dünyanın tanınmış markalarının iştirakı ilə mükafatlandırma mərasimini Avropanın paytaxtı hesab olunan Brüssel şəhərində keçirmişdir. Yüksək keyfiyyətini və mükəmməl dadını bir daha təsdiq edən AZƏRSÜD markalı südümüz qeyd olunan təşkilat tərəfindən“Mükəmməl Dad” mükafatına layiq görülmüşdür. Dad, Qoxu və Keyfiyyət göstəriciləri ilə yüksək xal toplayaraq AZƏRSÜD dünya mükafatını Azərbaycana gətirən ilk və tək süd markası olmuşdur.