Azər Süd'lü dondurma

Lazım olan ərzaqlar:

  • 2,5 stəkan Azər Süd südü,
  • 1 stəkan şəkər tozu,
  • 4 ədəd yumurta,
  • vanil

Hazırlanma qaydası:

Yumurtanın sarısının üzərinə şəkər əlavə edib möhkəm qarışdırılır və ona vanil əlavə edilir. Sonra alınan qarışıq qazanda isti Azər Süd südünün içərisinə tökülərək, taxta qaşıqla qarışdırılır. Qazandakı qarışıq nisbətən qatlaşandan və üzündəki köpüyü yox olandan sonra odun üzərindən götürülüb, ələkdən və yaxud bir neçə qat tənzifdən süzülərək soyudulur. Soyudulmuş kütlə dondurma qablarına yığılaraq, soyuducuda dondurulur, üzərinə xırda doğranmış qoz səpilir. 

Nuş olsun!

$recipe["Recipe"][$lang."_name"]

$recipe["Recipe"][$lang."_name"]

Azər Süd'lü plov

Tərkibi:

  • 1 kq düyü
  • 2 lt Azər Süd südü
  • duz
  • zəfəran
  • 100 qr kişmiş
  • 100 qr xurma
  • 350 qr kərə yağı
  • bal, qaymaq – zövqə görə

Hazırlanma qaydası:

Südlü plov ətsiz, yalnız südlə bişirilir.Düyünü təmizləyin, xırdası çoxdursa aşsüzəndən keçirin. Bütöv düyünü isti suda təmiz yuyun. Bir hissə düyüyə iki litr Azər Süd südü götürün. Azər Süd südü qaynadıqdan sonra içinə düyünü tökün, qarışdırın, bir az duz vurun. Rəngi saralanadək zəfəran tökün. Yenə qarışdırın. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökün, ehtiyyatla qarışdırın. Düyü yumşalıb, Azər Süd südü çəkilibsə, dəmə qoyun. Başqa bir qazanda kərə yağını dağ edin, dibinə qazmaq qoyun, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlayın, dəmləyin. İri buludlara çəkin. Azər Süd'lü plov adətən bal və qaymaqla yeyilir.Nuş olsun!


Şokoladlı Azər Süd Südlü Şirniyyat

Ərzaqlar:

  • 1 paket yağ,
  • 4 fincan un,
  • 2 stəkan şəkər tozu,
  • 2lt Azər Süd südü,
  • 1 paket vanil


Hazırlanması:
Qazana yağı və unu qoyaraq qoxusu gedənə qədər 3-4dəq. qovurursunuz. Sonra Azər Süd südünü və şəkər tozunu da əlavə edib çırpma teliylə yaxşıca qarışdırın. Bişdikdən sonra vanilyanı əlavə edin və 10dəq. daha çırpma teliylə çırpmağa davam edin. Böyük bir qabın içərisini soyuq suyla sadəcə isladaraq hazırladığımız Azər Süd'lü şirniyyatı içərisinə boşaldırıq. Sonra ayrıca hazırladığımız şokoladlı sousu üzərinə tökürük.
Şokoladlı sous hazırlanması:
2 stəkan Azər Süd südü, 1 stəkan suyu, 2 dolu xörək qaşığı un, 3 xörək qaşığı kakao, 1 stəkan yarım şəkər tozunu qazana tökün. Çırpma teliylə qarışdıraraq ocaqda qatılaşana qədər bişirin. Qaynamağa başladığında ocaqdan alın. Və hazırladığınız Azər Süd'lü şirniyyatın üzərinə tökün. Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz. Fındıq, qoz, hindistan qozu və s.

Nuş olsun!

$recipe["Recipe"][$lang."_name"]

$recipe["Recipe"][$lang."_name"]

Qatılaşdırılmış Azər Süd'lü Keks

Ərzaqlar

  • 1 qutu qatılaşdırılmış Azər Süd südü (400 qr)
  • 4 Yumurta 
  • 1 su stəkanı Un (150 qr)
  • 1 paket qabartma tozu 50 qr ərinmiş yağ (Keks qabını yağla fırçalamaq üçün 1 yemək qaşığı kərəyağı)

Hazırlanması

1 yemək qaşığı kərəyağını keks qəlibinə sürün (İstəsəniz bir az da un səpin). Elektrikli qarışdırıcı ilə (mixer), bütün vəsaiti (Azər Süd südü, yumurta, un, qabartma tozu və ərinmiş kərə yağı) yaxşıca qarışdırın. 40 dəq. qızdırılmış sobada bişirin. Üzərinə pudra şəkəri səpin və ya üzərinə meyvə sousu və ya təzə meyvə də əlavə edə bilərsiniz.

Nuş olsun!


Azər Süd'lü tərəvəz yeməyi

Tərkibi:

  • Yarım gülkələmi 
  • 4 və ya 5 kartof
  • 1 balaca qarğıdalı konservi
  • 5 və ya 6 kök
  • Azər Süd südü
  • duz, istiot


Hazırlanması:

Kartofları suda qaynadırsınız, soyuduqdan sonra qabıqlarını soyursunuz, ortadan 4 yerə bölüb xırda-xırda doğrayırsınız. Gül kələmini təmizləyib yuyursunuz. Kökləri soyub istədiyiniz kimi doğruyursunuz və sobanın sinisini yağlayırsınız. Əvvəl kartofları düzürsünüz, eyni şəkildə üstündən digərlərini də düzürsünüz. Hər düzdüyünüz qata görə duz, istiot atırsınız. Və bitdikdən sonra hamısının üstünə xəfif örtənə qədər Azər Süd südü tökürsünüz. Az dərəcədə sobaya yerləşdirirsiniz. Bişdikdən sonra üstünə pendir rəndələyə bilərsiniz.

Nuş olsun!

$recipe["Recipe"][$lang."_name"]

$recipe["Recipe"][$lang."_name"]

Azər Süd'lü çörək

Tərkibi
2 ədəd çörək üçün

 

  • 1 paket (2 + ¼ çay qaşığı) quru toz maya
  • 2 stəkan ilıq Azər Süd südü
  • 6 stəkan yarım un
  • 1 stəkan + ¾ stəkan şəkər tozu
  • Bir çimdik duz
  • 1 çay qaşığı sarıkök
  • 1 ədəd yumurta 
  • 200 qram kərə yağı- əridib soyudun
  • 1 ədəd yumurta, üstü üçün
  • 1 çay qaşığı xaş-xaş

Bişirilməsi

Bir qabda mayanı 1 stəkan Azər Süd südü ilə həll edib 5 dəq.lik kənara qoyun. İri qaba unu, şəkər tozunu, duzu və sarıkökü qoyub qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan Azər Süd südü, yumurta və yağı əlavə edib xəmir yoğurun. Əvvəlcə xəmir bir qədər yapışqan olacaq amma narahat olmayın, onu yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.
Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda özünə gəlsin, təxminən 2 saat ərzində.
2 iri listə ya kalka kağızı sərin ya da yağlayın.
Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır.
Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb qalxmaları üçün 1 saatlığına kənara qoyun. Sobanı 190C-dək qızdırın.
Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə şəkildə gördüyünüz kimi naxış vurun sonra isə xaş-xaş səpin.
Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin. Əgər sobanızın iki listi birdən orta rəfə yerləşdirəcək qədər iri deyilsə, onda bir listi sobanın üst bölməsində, digərini isə alt bölməsində 15 dəqiqə bişirib, yerlərini dəyişib bişirməyə davam edin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin.

Nuş olsun!


Fındıqlı Pudinq

Hazırlanması:

 

  • 1. Qazana soyuq Azər Süd südü, şəkər, nişasta və düyü unu qoyulur, yaxşıca qarışdırılır.
  • 2. Orta qızdırmalı ocağa yerləşdirilır, davamlı qarışdırılır.
  • 3. Atəşdən götürmədən dərhal əvvəl fındıq və qırılmış biskvit əlavə olunur.
  • 4. Kasaların yarısına qədər doldurulur.
  • 5. Sous üçün; su, şəkər, kakao və un kiçik bir qazana qoyulur. Orta atəşdə tündləşənə qədər bişirilir.
  • 6. Atəşdən götürmədən dərhal əvvəl yağ və vanil qatılır, qarışdırılır.
  • 7. Fındıq pudinqlərin üzərinə paylaşdırılır.
  • 8. İstisi çıxınca soyuducuya qoyulur, 2 saat sonra təqdim edilə bilər.

Qeyd: Kakaolu sousa bir neçə parça şokolad da əlavə oluna bilər.

Nuş olsun!

$recipe["Recipe"][$lang."_name"]

$recipe["Recipe"][$lang."_name"]

BALLI TORT

  • ADDIM 1 – Kremi hazırlayın

Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.
Krem üçün:

  • 2 banka qatılaşmış Azər Süd südü (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
  • 300 q kərə yağı

Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər. Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.
Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış Azər Süd südünün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.

  • ADDIM 2 – Xəmiri hazırlayın

Xəmir üçün lazım olan ərzaqlar:

  • 3 yumurta
  • 1 stəkan şəkər tozu
  • 3 xörək qaşığı bal
  • 100 qram kərə yağı
  • 1 çay qaşığı soda
  • 3 -3.5 stəkan un

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.
Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan qalsa, onda qalan unu da əlavə edin. Hazır xəmiri 5 hissəyə bölün.

  • ADDIM 3 -Biskvit laylarını bişirin

Sobanı 190Cdək qızdırın. İri listi yaxşıca yağlayın.
Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan dairə nazik alınacaq. QEYD: İstəyə görə bu tort dördbucaq şəklində də hazırlana bilər.
Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız.
Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq. Listi sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan qopsun.

  • ADDIM 4 – Tortu hazırlayın

Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovuntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.

  • ADDIM 5 – Nuş Olsun!


Azər Süd Pendirli piroq

Ərzaq: 

  • Bərk Azər Süd pendiri-150 qr,
  • Yumurta-3 ədəd,
  • Mayonez- 100ml,
  • Xama- 100ml,
  • Un- 4 xörək qaşığı,
  • Qabartma tozu- 2 çay qaşığı,
  • duz, ədviyyatlar, yaşıl soğan, şüyüd 

Hazırlanması: Mikserlə yumurta, mayonez, xama, qabartma tozu, duz, istiot çırpılır. Sürtgəcdən keçirilmiş Azər Süd pendiri, xırda doğranmış şüyüd və soğan əlavə edib hamısı yaxşıca qarışdırılır. Xəmir əvvəlcədən hazırlanmış formaya yığılır və 180 dərəcə qızdırılmış sobada, 30-40 dəq. ərzində bişirilir. Hazır olmağı çöplə yoxlanılır. 
Nuş olsun!

$recipe["Recipe"][$lang."_name"]

$recipe["Recipe"][$lang."_name"]

Zebra tortu

Ərzaqlar:

  • 4 yumurta,
  • 1 stəkan şəkər tozu,
  • 1 stəkan Azər Süd südü,
  • 1 stəkan bitki yağı,
  • 2stəkan un,
  • 1\3 çay qaşığı vanil tozu,
  • 1 çay qaşığı soda,
  • 2 xörək qaşığı tünd kakao tozu

Hazırlanması:

Yumurta və şəkər tozu mikserlə çalınır. Azər Süd südü və yağ əlavə edin və çalmağa davam edin. Ayrı qabda un, vanil, sodanı qaşıqla qarışdırın. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin, mikserlə 10 saniyə çalın. Nə qatı, nə də çox duru olsun. Qarışığı 2 hissəyə ayırın. Birinə kakao tökün. Sobanı 180 dərəcə qızdırın. Formanı yağlayın, 3 xörək qaşığı ağ, 3 xörək qaşığı kakaolu qarışıqdan tökün. Formanı tərpətməyin. Xəmir özü yayılacaq. 40 dəq bişirin. İlk 20 dəq sobanı açmayın yoxsa qabarıq alınmayacaq.
Nuş olsun!