Azər Süd'lü plov

Hazırlanma müddəti
dəq.

İstifadə olunanlar

    Tərkibi:

    • 1 kq düyü
    • 2 lt Azər Süd südü
    • duz
    • zəfəran
    • 100 qr kişmiş
    • 100 qr xurma
    • 350 qr kərə yağı
    • bal, qaymaq – zövqə görə

Hazırlanması

    Hazırlanma qaydası:

    Südlü plov ətsiz, yalnız südlə bişirilir.Düyünü təmizləyin, xırdası çoxdursa aşsüzəndən keçirin. Bütöv düyünü isti suda təmiz yuyun. Bir hissə düyüyə iki litr Azər Süd südü götürün. Azər Süd südü qaynadıqdan sonra içinə düyünü tökün, qarışdırın, bir az duz vurun. Rəngi saralanadək zəfəran tökün. Yenə qarışdırın. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökün, ehtiyyatla qarışdırın. Düyü yumşalıb, Azər Süd südü çəkilibsə, dəmə qoyun. Başqa bir qazanda kərə yağını dağ edin, dibinə qazmaq qoyun, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlayın, dəmləyin. İri buludlara çəkin. Azər Süd'lü plov adətən bal və qaymaqla yeyilir.

    Nuş olsun!

     

Seçilmiş reseptlər