Şirniyyatlar

Dondurma

İnqrediyentlər

2,5 stəkan “Azərsüd” südü

1 stəkan şəkər tozu

4 ədəd yumurta

Vanil

Hazırlanma qaydası:

Yumurtanın sarısının üzərinə şəkər əlavə edib möhkəm qarışdırılır və ona vanil əlavə edilir. Sonra alınan qarışım qazanda isti “Azərsüd” südünün içərisinə tökülərək, taxta qaşıqla qarışdırılır. Qazandakı qarışıq nisbətən qatılaşandan və üzündəki köpüyü yox olandan sonra odun üzərindən götürülüb, ələkdən və yaxud bir neçə qat tənzifdən süzülərək soyudulur. Soyudulmuş kütlə dondurma qablarına yığılaraq, soyuducuda dondurulur, üzərinə xırda doğranmış qoz səpilir. Nuş olsun!