Qəlyanaltılar

Şəkərsiz sağlam südaşı

İnqrediyentlər

4 xörək qaşığı yulaf 

1 stəkan 1.5 %-lik “Azərsüd” südü 

2 yemək qaşığı bəhməz

1 paket vanil

2 xörək qaşığı kokos

3 xörək qaşığı qoz

1 çay qaşığı darçın

Hazırlanma qaydası:

Süd və yulafı həll olana qədər bişirin. Qoz, kokos, darçın və vanili əlavə edin. Hazır olana qədər bişirin, qablara bölün. Üzərinə bəhməz əlavə edib servis edin. Nuş olsun!