Şirniyyatlar

Şokoladlı südlü şirniyyat

İnqrediyentlər

1 paket yağ

4 fincan un

2 stəkan şəkər tozu

2 lt. “Azərsüd” südü

1 paket vanil

Sousu üçün:

2 stəkan “Azərsüd” südü

1 stəkan su

2 dolu xörək qaşığı un

3 xörək qaşığı kakao

1,5 stəkan şəkər tozu

Hazırlanma qaydası:

Qazana yağ və unu əlavə edərək, qoxusu gedənə qədər 3-4 dəq. qovurun. Sonra “Azərsüd” südünü və şəkər tozunu da əlavə edib çırpma teliylə yaxşıca qarışdırın. Bişdikdən sonra vanili əlavə edin və 10dəq. daha çırpma teliylə çırpmağa davam edin. Qarışımı yağlı soba qabına töküb bişirin. Sonra ayrıca hazırladığımız şokoladlı sousu üzərinə töküb nuş edin. Şokoladlı sousun hazırlanması: “Azərsüd” südünü, su, un, kakao və şəkər tozunu qazana tökün. Çırpma teliylə qarışdıraraq ocaqda qatılaşana qədər bişirin. Qaynamağa başladığında ocaqdan alın. Və hazırladığınız “Azərsüd”lü şirniyyatın üzərinə tökün. Üzərini fındıq, qoz, hindistan qozu və s. ilə istədiyiniz kimi bəzəyə bilərsiniz. Nuş olsun!