Qəlyanaltılar

Südlü plov

İnqrediyentlər

1 kq düyü

2 lt “Azərsüd” südü

Duz

Zəfəran

100 qr. kişmiş

100 qr. xurma

350 qr. kərə yağı

Bal, qaymaq – zövqə görə

Hazırlanma qaydası:

Düyünü təmizləyib isti su ilə yuyun. 2 litrə yaxın “Azərsüd” südü qaynadıqdan sonra içinə düyünü tökün, qarışdırıb bir az da duz vurun. Rəngi saralana qədər zəfəranı tökün. Yenə qarışdırın. Düyü bişənə yaxın içərisinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökün, ehtiyatla qarışdırın. Düyü yumşalıb “Azərsüd” südü çəkilibsə, dəmə qoyun. Başqa bir qazanda kərə yağını dağ edin, dibinə qazmaq üçün düyüdən qoyun, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlayın, dəmləyin. İri buludlara çəkin. “Azərsüd”lü plov adətən bal və qaymaqla yeyilir.