Qəlyanaltılar

Südlü tərəvəz yeməyi

İnqrediyentlər

Yarım gülkələmi

4 və ya 5 ədəd kartof

1 balaca qarğıdalı konservi 

5 və ya 6 ədəd kök

1 stəkan “Azərsüd” südü

Duz, istiot

Hazırlanma qaydası:

Kartofları suda qaynadın, soyuduqdan sonra qabıqlarını soyun, ortadan 4 yerə bölüb xırda-xırda doğrayın. Gül kələmini təmizləyib yuyun. Kökləri soyub istədiyiniz kimi doğrayın və sobanın sinisini yağlayın. Əvvəl kartofları düzün, eyni şəkildə üstündən digərlərini də düzün. Hər düzdüyünüz qata görə duz, istiot atın. Və bitdikdən sonra üzərinə xəfif örtənə qədər “Azərsüd” südü əlavə edin. Aşağı dərəcədə isinmiş sobaya yerləşdirin. Bişdikdən sonra üstünə pendir rəndələyə bilərsiniz. Nuş olsun!