Şirniyyatlar

Zebra tortu

İnqrediyentlər

4 yumurta

1 stəkan şəkər tozu

1 stəkan “Azərsüd” südü

1 stəkan bitki yağı

2stəkan un

1\3 çay qaşığı vanil tozu

1 çay qaşığı soda

2 xörək qaşığı tünd kakao tozu

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserlə çalın. “Azərsüd” südü və yağ əlavə edin və qarışdırmağa davam edin. Ayrı qabda un, vanil, sodanı qaşıqla qarışdırın. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin, mikserlə 10 saniyə çalın. Nə qatı, nə də çox duru olsun. Qarışığı 2 hissəyə ayırın. Birinə kakao tökün. Sobanı 180 dərəcəyə qədər qızdırın. Formanı yağlayın, 3 xörək qaşığı ağ, 3 xörək qaşığı kakaolu qarışıqdan tökün. Formanı tərpətməyin. Xəmir özü yayılacaq. 40 dəqiqə bişirin. İlk 20 dəq sobanı açmayın yoxsa qabarıq alınmayacaq. Nuş olsun!