KƏSMİK MƏHSULLARI

Sağlamlığımızın qayğısına qalan, əsasən sümüklər və dişlər, ümumilikdə isə insan orqanizminin bütün sistem və orqanları üçün faydalı olan kəsmik zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. zəngindir. Yaşından asılı olmayaraq hər kəsin sevərək qida rasionuna daxil etdiyi kəsmiklərimizin yağlılıq dərəcəsinə görə yağlı, yarım yağlı, az yağlı növləri var.