Qəlyanaltılar
Beşamel souslu badımcan
1. Badımcanlar halqavari doğranır. Üzərinə zeytun yağı, duz, istiot vurulur. Sobada 30 dəqiqə bişirilir. 2. Yağda soğan qovrulur. Üzərinə xırda doğranmış bibərlər əlavə edilir. Daha sonra qiymə, pomidor, ədviyyatlar əlavə olunub bişirilir. 3. Beşamel sousu hazırlanır. Kərə yağında un qovrulur, üzərinə süd əlavə olunur, duz, istiot vurulur. 4. Bişmiş badımcanların üzərinə qiymə, beşamel sousu və mozzarella pendiri əlavə olunub sobada 15 dəqiqə bişirilir.
İngrediyentlər
2 ədəd böyük badımcan
400 q qiymə
1 ədəd soğan
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
2 ədəd pomidor
Duz
Qara istiot
Paprika
AzərSüd kərə yağı
Beşamel sousu üçün:
50 q AzərSüd kərə yağı
1 x.q. un
1 stəkan AzərSüd südü
Duz
İstiot
Üzəri üçün:
AzərSüd mozzarella pendiri