Qəlyanaltılar

QAYMAQLI, GÖBƏLƏKLİ SPAGETTİ

Hazırlanma qaydası:

1. Sous hazırlamaq üçün tavaya kərə yağını əlavə edin, xırda doğranmış soğanı da üstünə töküb orta odda təxminən 5 dəqiqə qovurun. 2. Xırda və uzununa dilimlənmiş göbələyi soğanın üzərinə əlavə edin və daha 5 dəqiqə bişirin. 3. Üzərinə unu səpin, sonra az-az qaymaq əlavə edərək sousu dayanmadan qarışdırın. 4. Son olaraq, duz, istiot və kəklikotu əlavə edib sousu bişirməyə davam edin. 5. Hazır sousu qaynadılmış spagetti ilə birləşdirin və süfrəyə təqdim edin.

İngrediyentlər

    • 1 paket spagetti

    Sous üçün:

    • 1 xörək qaşığı kərə yağı
    • 1 ədəd orta ölçülü baş soğan
    • 300 q göbələk
    • 1 xörək qaşığı un
    • 400 ml “AzərSüd” yeməklik qaymaq
    • 1 çay qaşığı duz
    • İstiot, kəklikotu (zövqə görə)
QAYMAQLI-GOBLKLI-SPAGETTI