Qəlyanaltılar

QAYMAQLI ŞABALID VƏ ALMALI TART

Hazırlanma qaydası:

Un, şəkər kirşanı və kərə yağı umac halına salınır. Soyuq su əlavə edilib xəmir hazırlanır. 30 dəqiqə soyuducuda saxlanılır. Tart xəmiri nazik yayılıb tart qəlibinə salınır. 180 dərəcəli sobada 20 dəqiqə bişirilir. Qalan xəmirdən yarpaq formasında kəsilərək bişirilir. Bişmiş tart xəmirinin içinə dilimlənmiş alma düzülür, üzərinə şəkər tozu, darçın səpilib 10-15 dəqiqə yenidən bişirilir. Şabalıdlı içlik üçün təmizlənmiş şabalıd, şəkər tozu, qaymaq blenderdə qarışdırılır. Tartın içərisinə əlavə edilib yayılır. Yarpaq formalı qurabiyələrlə bəzədilir.

İngrediyentlər

    • Xəmir üçün:
    • Un - 2.5 stəkan
    • AzərSüd kərə yağı - 130 q
    • Şəkər pudrası - 1 armudu stəkan
    • Soyuq su - 4 y/q
    • Almalı içlik üçün:
    • Alma - 2 ədəd
    • Şəkər tozu - 2 y/q
    • Darçın - 1 ç/q
    • Şabalıdlı içlik:
    • Azərsüd qaymaq - 1 paket
    • Şabalıd - 300 q
    • Şəkər tozu - 70 q
QAYMAQLI-SABALID-V-ALMALI-TART