Şirniyyatlar

ŞAM AĞACI QƏLYƏNALTI

Hazırlanma qaydası:

. Toyuq filesini kiçik parçalara ayırın və duz, istiot əlavə edib qızartmaq üçün tavaya qoyun. Toyuq filesi tam bişənə qədər qızardın. İki ədəddən yumurtanı çalın və dadına görə duz, istiot əlavə edin. Yumurta qarışığını bir az yağda qarışdıraraq qızardın. Yumurtaların tam bişməsi vacibdir. Mozarella pendirini rəndələyin və bir kənara qoyun. Duzlu krekerləri bərabər ölçülərdə kiçik parçalar şəklində qırın. Hazırladığınız yumurta qarışığını və bişmiş toyuq filesini krekerlərin üzərinə yerləşdirin. Mozarella pendirini isə üzərinə səpin. Üzərini şüyüd və nar dənələri ilə bəzəyin.

İngrediyentlər

    • AzərSüd mozarella pendiri - 250 q
    • Yumurta - 2 ədəd
    • Toyuq filesi - 200 q
    • AzərSüd xama
    • Duz
    • İstiot
    • Şüyüd
    • Nar dənələri
    • Duzlu kreker
SAM-AGACI-QLYNALTI