Şirniyyatlar

SMETANNİK

Hazırlanma qaydası:

Peçenye blenderdən keçirilir. Üzərinə əridilmiş kərə yağı, vanil əlavə olunub qarışdırılır. Soba üçün qabın dibinə və kənarlarına yayılır. İçlik üçün xama, yumurtalar, şəkər tozu, qarğıdalı nişastası, vanil mikserlə qarışdırılır. Qaba əlavə olunur. 170 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirilir. Hazır olduqdan sonra bir neçə saat tam soyudulmalıdır. Daha yaxşı olar ki, bir gecə gözlədikdən sonra kəsilsin.

İngrediyentlər

    • 300 q sadə peçenye
    • 150 q Azərsüd kərə yağı
    • vanil

    İçlik:

    • 700 q Azərsüd 25%-li xama
    • 4 ədəd yumurta
    • 130 q şəkər tozu
    • 2 x.q. qarğıdalı nişastası
    • vanil
SMETANNIK