Qəlyanaltılar

Göbələkli qratən

Hazırlanma qaydası:

Kartofları yaxşıca yuyun, soyun və incə dilimlərə doğrayın. Göbələkləri təmizləyib, doğrayın. Bir tavada AzərSüd kərə yağını əridin və göbələkləri əlavə edib, 5-7 dəqiqə qovurun. Bir qaba AzərSüd qaymağını və südünü əlavə edin. Duz, istiot, muskat qozu və əzilmiş sarımsağı əlavə edib qarışdırın. Bir qabın altına kartof dilimlərini düzün. Üstünə qovrulmuş göbələkləri qoyun və sonra hazırladığınız qaymaqlı sousu əlavə edin. Sonra qalan kartof dilimlərini və qaymaqlı qarışığı əlavə edib, hər təbəqəni bərabər şəkildə yaymağa çalışın. Holland pendirini rəndələyin və qarışımın üzərinə səpin. Sobanı 200°C-yə qədər qızdırın. Hazırladığınız qrateni sobaya yerləşdirin və üzəri qızarana qədər 1 saat bişirin.

İngrediyentlər

    • 4 ədəd kartof;
    • 300 q göbələk;
    • 1 x/q kərə yağı;
    • 200 q AzərSüd qaymaq;
    • 200 ml AzərSüd süd;
    • yarım ç/q duz;
    • yarım ç/q istiot;
    • yarım ç/q muskat qozu;
    • 1 diş sarımsaq;
    • 150 q holland pendiri.
Gobelekli-qraten