Şirniyyatlar
PORTAĞALLI KORJİK QURABİYƏSİ
1. Dərin qabda günəbaxan yağı, şəkər tozu, qatıq və portağal suyunu tel yumurta çalanla yaxşıca qarışdırın. 2. Üzərinə qabartma tozu, vanil, sarıkök və unu az-az əlavə edərək əllə yoğurun. Ələ yapışmayan və yumşaq xəmir əldə etdikdən sonra otaq temperaturunda 30 dəqiqə dincəldin. 3. Xəmiri oxlovla 0.5 sm qalınlığında yayın. İstənilən formada və ya çay stəkanının ağzı ilə kəsin, üzərinə yumurta sarısı çəkərək rəng qatın. 4. Qurabiyələri soba kağızı sərilmiş soba tavasına düzün və 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 5. Soyuduqdan sonra qurabiyələrin üzərini ərinmiş şokolad və ya zövqə görə başqa dekorlarla bəzəyərək təqdim edin.
İngrediyentlər