Qəlyanaltılar
Haydari
Qatıq öncədən süzgəc vasitəsilə artıq suyunun süzülməsi üçün soyuducuya qoyulur. Pendir çəngəllə əzilib, xırda formada doğranır. Nanəli sous üçün kərə yağı tavada əridilib üzərinə quru nanə, xırdalanmış sarımsaq əlavə edilib 3-4 dəqiqə qovrulur. Bütün ərzaqlar, xırda doğranmış şüyüd və duz əlavə olunmaqla qarışdırılır. Süfrəyə təqdim edərkən üzərinə zeytun yağı tökülür.
İngrediyentlər
Nanəli sous üçün ərzaqlar:
50 q AzərSüd kərə yağı;
1 ç\q quru nanə;
1 diş sarımsaq;
Digər ərzaqlar:
6 x\q AzərSüd camış qatığı;
150 q AzərSüd bəyaz pendir;
1 dəstə şüyüd;
Duz.
Üzəri üçün:
Zeytun yağı.