Şirniyyatlar

Kəsmikli Şirniyyat

Hazırlanma qaydası:

1. Böyük bir qabda kəsmik, yumurta sarıları, şəkər tozu, manna yarması, qabartma tozu və vanili qarışdırın. Hamarlanana qədər yaxşıca qarışdırın. 2. Ayrı bir qabda yumurta ağlarını mikserlə ağarıb şişənə qədər çırpın. Qatı krem konsistensiyasına gəlməlidir. 3. Çırpılmış yumurta ağlarını kəsmikli qarışığa əlavə edin və spatula ilə yavaş-yavaş qarışdırın ki, yumurta ağlarının yüngüllüyü itməsin. 4. Zövqə görə qara və ağ kişmiş, həmçinin doğranmış qaysını əlavə edib qarışdırın. 5. Hazırladığınız qarışığı yağlanmış və ya perqament kağızı sərilmiş soba qabına tökün. 6. Əvvəlcədən 200 dərəcəyə qədər isidilmiş sobada 25-30 dəqiqə və ya üstü qızılı rəng alana qədər bişirin. 7. Şirniyyatı sobadan çıxardıqdan sonra bir qədər soyumağa qoyun. Daha sonra üzərinə şəkər pudrası səpin.

İngrediyentlər

    • 300 q Azərsüd kəsmik
    • - 3 ədəd yumurtanın sarısı
    • - 3 ədəd yumurtanın ağı
    • - 100 q şəkər tozu (zövqə görə artırıla bilər)
    • - 3 xörək qaşığı manna yarması
    • - 1 çay qaşığı qabartma tozu
    • - 1 paket vanil
    • - 50 q qara kişmiş
    • - 50 q ağ kişmiş
    • - 50 q qaysı (doğranmış)
    • - Üzəri üçün şəkər pudrası
Kesmikli-Sirniyyat