Şirniyyatlar
Moruqlu qurabiyə
Xəmir üçün yumurta və şəkər tozu qarışdırılır. Duz, xama əlavə edilib qarışdırılır. Kəsmik, yumşalmış kərə yağı qarışdırılır. Un ələkdən keçirilir, qabartma tozu əlavə edilib xəmir yoğrulur. Xəmir soyuducuya qoyulur.İçlik üçün giləmeyvələr, şəkər tozu, nişasta qarışdırılır. Ocaqda 15-20 dəqiqə qarışdırılaraq bişirilir. Tam soyumağa qoyulur. Xəmir nazik yayılır. Dairələr kəsilir. Ortasına içlik qoyulub qıraqları qatlanır.Soba 180 dərəcə qızdırılır. Qurabiyələr soba üçün qaba qoyulub 25 dəqiqə bişirilir.
İngrediyentlər
200 q AzərSüd kəsmik;
160 q AzərSüd kərə yağı;
1 ədəd yumurta;
60 q AzərSüd xama;
4 x\q şəkər tozu;
400-450 q un;
1 çimdik duz;
1 ç\q duz.
İçlik:
300 q giləmeyvə;
3 x\q şəkər tozu;
20 q qarğıdalı nişastası;