Qəlyanaltılar

Qaymaq souslu toyuq köftə

Hazırlanma qaydası:

1. Toyuq filesi, soğan, bibər, sarımsaq ətçəkən maşında və ya blenderdə çəkilir. 2. Üzərinə suxari, yumurta, ədviyyatlar, xırda doğranmış cəfəri əlavə edilib qarışdırılır. 3. Kiçik köftələr hazırlanır. Yağda hər iki üzü qızardılır. 4. Sous üçün kərə yağında xırda doğranmış soğan qovrulur. Üzərinə un əlavə edilib qovrulur. Bulyon, qaymaq, ədviyyatlar əlavə edilir. Köftələr sousun içərisinə əlavə edilir. Sonda üzərinə cəfəri səpilir.

İngrediyentlər

  • 400 q toyuq filesi;

    1 ədəd soğan;

    1 ədəd qırmızı şirin bibər;

    1 diş sarımsaq;

    7-8 budaq cəfəri;

    8 x.q. üyüdülmüş suxari;

    1 ədəd yumurta;

    duz, qara istiot, paprika, karri;

    qızartmaq üçün yağ.

     

    Sous üçün:
     

    1 ədəd soğan;

    1 x.q. un;

    50 q AzərSüd kərə yağı;

    250 ml tərəvəz və ya toyuq bulyonu;

    100 ml AzərSüd yeməklik qaymaq;

    1 ç.q. xardal;

    duz,istiot,paprika;

    xırda doğranmış cəfəri.

Qaymaq-souslu-toyuq-kofte