Qəlyanaltılar

Rulo Börək

Hazırlanma qaydası:

1. Kiçik bir qabda süd, əridilmiş kərə yağı və yumurtanı yaxşıca qarışdırın. Homogen bir sous əldə edin 2. Hazır yufkanı təmiz bir səthə yayın. 3. Üzərinə hazırladığınız sousdan bir qədər çəkin və hər tərəfə yayın. 4. AzərSüd İsmayıllı pendirini rəndələyin və yufkanın üzərinə bərabər şəkildə səpin. 5. Yufkanı kənarından başlayaraq sıx şəkildə rulo formasında bükün. 6. Bükülmüş rulonu istəyə uyğun uzun və ya kiçik parçalar halında kəsə bilərsiniz. 7. Börəkləri yağlı kağız sərilmiş soba listinə aralıqla düzün. Əgər sous artıq qalıbsa, onları börəklərin üzərinə gəzdirin. 8. Sobanı əvvəlcədən 200 dərəcəyə qədər qızdırın. 9. Börəkləri 200 dərəcə istilikdə, təxminən 30 dəqiqə və ya qızılı rəng alana qədər bişirin. 10. Börəklər sobadan çıxdıqdan sonra bir az soyumasını gözləyin. Sonra isti halda servis edə bilərsiniz.

İngrediyentlər

    • 3 ədəd əl yufkası.
    • Sousu üçün:
    • 100 ml süd;
    • 50 ml zeytun yağı;
    • 50 q əridilmiş kərə yağı;
    • 1 yumurta;
    • İçlik üçün:
    • 300 q AzərSüd İsmayıllı pendiri.
Rulo-Borek