Şirniyyatlar
"San Sebastian" cheesecake
1. Bütün ərzaqların otaq temperaturunda olmasına diqqət edin. 2. Sobanı 200 dərəcəyə qədər əvvəlcədən qızdırın. 3. Cheesecake üçün istifadə edəcəyiniz qəlibi yağlı kağızla döşəyin. Kağız qəlibin kənarlarını bir qədər aşmalıdır. 4. Böyük bir qabda krem pendiri və şəkər tozunu birləşdirin. Mikserlə aşağı sürətlə çırparaq krem kimi hamar bir qarışım əldə edin. 5. Yumurtaları bir-bir əlavə edərək hər dəfə yaxşıca qarışdırın. 6. Qarışığa qaymaq və vanili əlavə edin. Mikserlə yavaşca qarışdırın ki, qarışım hamar qalsın. 7. Ələnmiş unu qarışıma əlavə edib mikserin aşağı sürəti ilə qarışdırın. Hamar və axıcı bir konsistensiya əldə etdikdə qarışım hazırdır. 8. Hazırladığınız qarışımı yağlı kağızla örtülmüş qəlibə tökün. Qarışımın səthi düz olmalıdır. 9. Cheesecake-i əvvəlcədən qızdırılmış sobada 200 dərəcədə 27 dəqiqə bişirin. Cheesecake-in üstü qızılı-qəhvəyi rəng almalı, amma ortası bir qədər titrək qalmalıdır. 10. Cheesecake sobadan çıxdıqdan sonra tam soyumasını gözləyin. Daha sonra onu ən azı 4-5 saat, ideal halda bir gecəlik soyuducuda saxlayın. 11. Cheesecake-i qəlibdən çıxarın, dilimlərə ayırın və servis edin.
İngrediyentlər