Şirniyyatlar

Sirok

Hazırlanma qaydası:

Bir qabda AzərSüd kəsmik, şəkər pudrası və vanili qarışdırın. AzərSüd kərə yağını əlavə edib hamısını yaxşıca qarışdırın, kütlə homojen bir hal almalıdır. Qarışımı kiçik, oval formalar halında şəkilləndirin. Hazırladığınız sırokların ortasında kiçik bir çuxur açın və bişmiş, qatılaşdırılmış südü bu çuxura yerləşdirin. Sırokları tamamilə bağlayın və gözəl bir forma verin. Hazırladığınız sırokları ən azı 2 saat buzluqda saxlayın ki, yaxşıca sərtləşsinlər. Şokoladı kiçik parçalara ayırın və bir qazana qoyun. Şokoladı sobada diqqətlə əridin. Sırokları buzluqdan çıxarın və hər birini şokolad qlazuruna batırın. Sırokları bir az sərinləmək üçün kənara qoyun.

İngrediyentlər

    • 400 q AzərSüd kəsmik;
    • 60 q şəkər pudrası;
    • 1 ç/q vanil;
    • 50 q AzərSüd kərə yağı (otaq temp);
    • İçlik:
    • Bişmiş, qatılaşdırılmış süd.
    • Glazur:
    • 200 q şokolad.
Sirok