Qəlyanaltılar

ŞÜYÜDLÜ PENDİRLİ BLİNÇİK

Hazırlanma qaydası:

1. Yumurta, şəkər tozu, duz qarışdırılır. 2. AzərSüd südü əlavə olunub çırpılır. 3. Un və qabartma tozu ələkdən keçirilir, az-az əlavə olunub qarışdırılır. 4. Pendir sürtgəcdən keçirilib əlava olunur. Şüyüd xırda doğranıb əlavə olunur. 5. Sarımsaq əzilib qatılır. Bitki yağı əlavə edilib qarışdırılır. 6. Tava qızdırılıb yağlanır. Xəmirdən tavaya çömçə ilə əlavə olunub tava boyu yayılır. 7. Hər iki üzü bişirilir. Süfrəyə AzərSüd xama ilə verilir

İngrediyentlər

    • AzərSüd südü - 500 ml
    • Yumurta - 2 ədəd
    • Un - 170 q
    • Şəkər tozu - 1 ç/q
    • Duz - 0.5 ç/q
    • Qabartma tozu - 1 ç/q
    • Holland pendiri - 150 q
    • Şüyüd - yarım dəstə
    • Sarımsaq - 1 diş
    • Bitki yağı - 2 y/q
    • Süfrəyə vermək üçün – AzərSüd xama
SUYUDLU-PENDIRLI-BLINCIK