Şirniyyatlar
Xamalı sousda sırniki
1. Kəsmik, yumurta sarıları, duz, şəkər tozu, un, vanil qarışdırılır.(Sırnik üçün daha çox quru kəsmik istifadə etməyə çalışın. Əgər tərkibində mayesi çoxdursa, əvvəlcədən tənzifdən süzün.) 2. Daha sonra kütlə 4 yerə bölünür. (Kütlə əlinizə yapışarsa, əlinizi bitki yağı ilə yağlaya bilərsiniz.) 3. Bu hissələr taxta üzərinə un səpilərək, unun içərisində forması verilir. Daha sonra dairəvi hissələr kəsilir. Bu hissələrə səliqəli forma vermək üçün taxta üzərinə un səpilərək stəkanın içərisində fırladılır. 4. Tavaya bitki yağı əlavə edilib qızdırılır. 5. Sırniklərin hər iki üzü qızardılır. 6. Sous üçün xama, yumurta, şəkər pudrası qarışdırılır. Sous soba qabına əlavə edilir. İçərisinə sırniklər düzülür, yenidən 15-20 dəqiqə sobada 180 dərəcədə bişirilir.
İngrediyentlər
600 q Azərsüd kəsmik
2 yumurta sarısı
1 çimdik duz
50 q şəkər tozu
80 q un
Vanil
Sous üçün:
300 ml Azərsüd xama
1 ədəd yumurta
50 q şəkər pudrası