Qəlyanaltılar

Yayla şorbası

Hazırlanma qaydası:

1. Bir qazana 1 litr su əlavə edin və qaynadın. 2. Su qaynadıqdan sonra düyünü qazana tökün və orta istilikdə düyü yumşalana qədər bişirin. 3. Dərin bir qabda AzərSüd kənd qatığını, yumurta sarılarını və unu çəngəl və ya çırpıcı ilə yaxşıca qarışdırın. 4. Bişən düyülü suyu orta istilikdə qarışdıraraq saxlayın. 5. Hazırladığınız qatıq qarışığını şorbaya yavaş-yavaş əlavə edin. Şorbanı daim qarışdıraraq qatığı kəsməmək üçün diqqətli olun. 6. Qarışım qaynamağa başlayana qədər davamlı qarışdırın. 7. Şorba qaynamağa başlayanda ocağın altını azaldın və 5-10 dəqiqə daha bişirin. 8. Kiçik bir tavada kərə yağını əridin. 9. Yağ əridikdən sonra üzərinə quru nanəni əlavə edin və qısa müddət qızdırın. 10. Üzərinə hazırladığınız nanəli yağı əlavə edin.

İngrediyentlər

    • 60 q yumru düyü;
    • 1 lt su;
    • 450 q AzərSüd kənd qatıq;
    • 2 yumurta sarısı;
    • 2 x/q un;
    • 2 x/q kərə yağı;
    • 1 x/q quru nanə
Yayla-sorbasi