Şirniyyatlar
Zebra tortu
Yumurta və şəkər tozunu mikserlə qarışdırın. “AzərSüd” südü və yağ əlavə edib, qarışdırmağa davam edin. Ayrı qabda un, vanil, sodanı qaşıqla qarışdırın. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin, mikserlə 10 saniyə qarışdırın. Nə qatı, nə də çox duru olsun. Qarışığı 2 hissəyə ayırın. Birinə kakao tökün. Sobanı 180 C dərəcəyə qədər qızdırın. Formanı yağlayın, 3 xörək qaşığı ağ, 3 xörək qaşığı kakaolu qarışıqdan tökün. Formanı tərpətməyin. Xəmir özü yayılacaq. 40 dəqiqə bişirin. İlk 20 dəqiqə sobanı açmayın, yoxsa qabarıq alınmayacaq. Nuş olsun!
İngrediyentlər
4 yumurta
1 stəkan şəkər tozu
1 stəkan “AzərSüd” südü
1 stəkan bitki yağı
2stəkan un
1\3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu